Tofiq Bəhramov adına Respublika stadionu oyunlara hazırdır

Tofiq Bəhramov adına Respublika stadionu oyunlara hazırdır

Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyündə təmir işləri tam yekunlaşıb.

Bu barədə "Report"a mərkəzi arenanın direktoru Şamil Quliyev məlumat verib.

O bildirib ki, arena hazırda istənilən matçın keçirilməsi üçün hazırdır. Quliyevin sözlərinə görə, ot örtüyündəki saralmalar aradan qaldırılıb: "Nə vaxtsa, buraya oyun salsalar, stadion tam şəkildə hazırdır. Artıq ot örtüyündə problem olmayacaq. Bu, fəsillə əlaqədar idi".

Direktor "Qarabağ" klubu daxili çempionat oyunları üçün sizə müraciət edibmi" sualına belə cavab verib: "Hələ ki, belə bir müraciət yoxdur, bu, kluba aid məsələdir. Buna özləri qərar verəcəklər".
Tofiq Bəhramov adına Respublika stadionu oyunlara hazırdır

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının I və II təsnifat mərhələsindəki matçlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirib. Ağdam təmsilçisi müvafiq olaraq Şimali Makedoniyanın "Sileks" klubunu 4:0, Moldova "Şerif"ini isə 2:1 hesabı ilə məğlub edib. Hər iki qarşılaşmada meydanın ot örtüyünün vəziyyəti qənaətbəxş olmayıb.

Ölkə çempionu Kiprin Larnaka şəhərindəki Çempionlar Liqasının III təsnifat mərhələsinin matçında "Molde"yə penaltilər seriyasında uduzub - 5:6. Qurban Qurbanovun baş məşqçi olduğu komanda Avropa Liqasının pley-offunda "Legiya” (Polşa) / “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq. Oyun oktyabrın 1-də səfərdə gerçəkləşəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
617 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...