“Qarabağdakı ermənilərə mədəni muxtariyyət verilə bilər”

“Qarabağdakı ermənilərə mədəni muxtariyyət verilə bilər”
“Qarabağdakı ermənilərə mədəni muxtariyyət verilə bilər”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu “Russia Today” xəbər agentliyində keçirdiyi mətbuat konfransında bildirib.

“Bu (status-red.), orada yaşayan erməni əhalisi üçün mədəni muxtariyyət ola bilər”,- deyə o vurğulayıb.

Səfir həmçinin qeyd edib ki, hazırda heç bir status-kvodan söhbət gedə bilməz.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində “Bizim mövqeyimiz ondan ibarətdir ki, bələdiyyə idarəçiliyi, yaxud ermənilər üçün mədəni muxtariyyət kimi müəyyən özünüidarə səviyyəsi olmalıdır”, - deyə bildirmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
573 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...