"Anar Nəzərəliyev 4 il əvvəl işdən çıxıb" "Azərsu'' -dan açıqlama

"Anar Nəzərəliyev 4 il əvvəl işdən çıxıb"


Nərimanov Rayonu Su Kanal Departamentinin rəisi Anar Nəzərəliyevin həbs olunması ilə bağlı yeni məlumatlar bəlli olub. "Azərsu'' ASC-dən Trend-ə bildiriblər ki, adı çəkilən şəxs qurumun işçisi deyil: "Anar Nəzərəliyev 4 il əvvəl "Azərsu'' ASC-dəki vəzifəsindən azad olunub. Onun bizim qurumla heç bir əlaqəsi qalmayıb".

Qeyd edək ki, yayılan məlumatlara görə, "Azərsu'' ASC-nin prezidenti Qorxmaz Hüseynovun bacısı qızının həyat yoldaşı olan A.Nəzərəliyevin külli miqdarda mənimsəmə halları ilə bağlı təqsirləndirildiyi bildirilir. Həmçinin, məlumatlarda o da qeyd olunur ki, uzun müddət qaçıb gizlənən A.Nəzərəliyevi Xətai Rayon Polis İdarəsinin 34-cü bölməsinin əməkdaşları həbs ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1520 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...