“Bu yola görə camaat evindən çölə çıxa bilmir” - VİDEO
Nizami rayonu, Keşlə qəsəbəsi sakinləri standartlara uyğun çəkilməyən avtomobil yoluna görə hər gün əziyyət çəkdiklərini bildirirlər.
Sakinlər “Qafqazinfo”ya bildirib ki, bu səbəbdən həm sürücülər, həm qəsəbə sakinlərinin həyatı hər an təhlükədədir. Belə ki, yolda piyadalar üçün keçid nəzərdə tutulmayıb, sürücülər isə yolu hansı istiqamətə dönəcəklərini bilmirlər. Dəfələrlə hansı istiqamətə dönəcəyini bilməyib çaş-baş qalan sürücülər qəza yaradıblar.
Sürücü Süleyman Məmmədov bildirir ki, ərazidə əvvəllər dəmiryolu olub: “Sonra bura tunel çəkdilər. Ancaq “Körpü-Bina Tikinti” MMC işini yarımçıq gördü. İndi də kənd camaatı əziyyət çəkir. Bura ikitərəfli yol olmalı idi. Şebelin üstündən asfalt töküb getdilər. Dəfələrlə şikayət etmişik, amma baxan yoxdur. Bu küçəylə camaat evinə gedirdi. İndi isə bu yolu mərkəzi yol ediblər. Camaat öz evindən çölə çıxa bilmir. Sürücülər 60-70 km sürətlə tuneldən yola çıxırlar. Piyadalar da yolu keçə bilmir. Elə olub ki, piyadalar saatlarla yolda qalıb. Qarşı-qarşıya gələn sürücülər düşüb bir-biriylə dalaşırlar. Bu yolda iki dəfə ölümlə nəticələnən qəza olub. Maşınlar da dəfələrlə toqquşub. Deyirlər ki, pul ayrılıb, amma gəlib problemi həll edən yoxdur”.
Qəsəbə sakini Şahnigar İmaməliyevanın sözlərinə görə, yolda dayanaraq dəqiqələrlə digər səkiyə keçmək olmur: "Keçən dəfə məktəbə uşaq aparan ananı övladıyla birgə maşın vurdu. Bura piyada keçidi qoyulmalı idi. Hamı bu yoldan narazılıq edir. Uşaqlar küçəyə çıxa bilmir. Avtobus da rahat dayana bilmir. Axşamçağı ümumiyyətlə tıxac olur. Dəfələrlə maşınlar qapımızı vurub. Evimizin qarşısında olan poçta belə keçə bilmirik”.
Digər sakin Ulduz Həsənova isə iddia edir ki, yol çəkilən zaman şirkət evinin kənarlarına şebel tökdüyündən mənzili çökəkdə qalıb: “İndi yağan yağışlar evimizin altına yığılır. Divarlar, döşəmə uçuq vəziyyətə düşüb. Dedilər ki, yolun kənarındakı evlər plana düşüb. Ancaq hələ də bu təhlükəli vəziyyətdə qalmışıq. Baş verən qəzalardan gecə də yata bilmirik. Böyük "Kamaz"lar yaxınlıqdakı zavoda yük gətirir. Onlar da tuneldən çıxanda hara dönəcəklərini bilmirlər, çaş-baş qalırlar. Axırda yoldaşım gecə çıxıb onlara yol göstərir”.
“Körpü-Bina Tikinti MMC” şirkətində sözügedən layihənin rəhbəri olan Adil adlı şəxs saytımıza bildirib ki, orada yarımçıq qalan iş yoxdur: “Mən podratçı təşkilatam. Layihəmdə nə göstərilibsə, onu tikmişəm. Sakinlər icra hakimiyyətinə müraciət etdilər. Əraziyə Nizami rayon İcra Hakimiyyətinin başçısı , “Azəravtoyol” , "Azərbaycan Dəmir Yolları" QSC-nin müavinləri gəldi. Onlar problemi həll edə bilməyəndən sonra mən nə edə bilərəm? Biz layihədən kənara çıxmamışıq”.
“Azəravtoyol”un Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli saytımıza açıqlamasında məsələnin onlara aidiyyatının olmadığını vurğulayıb: “Həmin tuneli "Azərbaycan Dəmir Yolları" QSC-nin sifarişiylə “Körpü-bina Tikinti” MMC həyata keçirib. Layihəni onlar reallaşdırıblar. Bizə aidiyyatı yoxdur”.
Azərbaycan Dəmir Yolları QSC-dən məsələylə bağlı “Qafqazinfo”ya bildirilib ki, Keşlə dəmir yolu stansiyasının yaxınlığında, M.Ə.Sabir küçəsində yerləşən tunel 2020-ci ilin mart ayının 13-də istismara verilib: "Qeyd edilən tunelin uzunluğu 208 metr, eni 14 metr, hündürlüyü isə 5,25 metrdir. Qapalı hissənin uzunluğu 48 metrdir. Bu ərazidə əvvəllər avtomobil yolu ilə dəmir yolu kəsişirdi. Bu da həm avtomobillərin, həm də qatarların hərəkəti üçün təhlükəli vəziyyət yaradırdı. Qatarların keçidi zamanı, xüsusilə də pik saatlarda avtomobillər gözləməli olurdu ki, bu da əlavə vaxt itkisi demək idi. Bu tunel belə halları aradan qaldırıb, hərəkətin təhlükəsizliyini təmin edib. Tuneldə piyadaların təhlükəsiz hərəkətinə şərait yaradılıb. Bildiyiniz kimi, tunel salınmamışdan öncə onun layihəsi aidiyyatı dövlət qurumları tərəfindən təsdiqlənib və zəruri bütün razılıqlar alındıqdan sonra tikintiyə başlanılıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi əsasında tunelin tikintisi həyata keçirilib və istismara təhvil verilib. Tunelin ətrafındakı ərazidə hərəkətin təşkili, tuneldən çıxdıqdan sonra piyadalar üçün keçidlərin salınması və zəruri yol-hərəkət nişanlarının qoyulması digər dövlət qurumları tərəfindən icra olunur".
578 dəfə oxundu