Bakı Baş Gömrük İdarəsinin rəisi həbslərdən danışdı

Bakı Baş Gömrük İdarəsinin rəisi həbslərdən danışdı
Bakı Baş Gömrük İdarəsinin rəisi, general-mayor Kənan Məmmədov idarədə keçirilən əməliyyatdan sonra danışıb. İdarə rəisi bəzi media resurslarında onun saxlanılması xəbərlərinə də münasibət bildirib.

Gundeminfo.az xəbər verir ki, Kənan Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, onun həbsilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur.

O, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat barəsində bunları deyib:

“Bizim müraciətimizdən sonra bu əməliyyat keçirilib”.

Qeyd edək ki, bu gün Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində idarənin bir neçə əməkdaşı saxlanılıb.

Əməliyyat zamanı içərisində idarənin yüksək vəzifəli şəxslərinin rüşvət alarkən tutulduğu qeyd edilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirib ki, bununla bağlı ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1788 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...