Prokurorluq iki hərbçinin nəşinin tapıldığını açıqladı

Prokurorluq iki hərbçinin nəşinin tapıldığını açıqladı

Hərbi Prokurorluq iki hərbçinin nəşinin tapılması haqda məlumat yayıb.

Prokurorluqdan verilən məlumata görə, həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha iki hərbi qulluqçunun – baş leytenant Qənbərli Qənbər Bəhruz oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nağıyev Pərviz Güloğlan oğlunun şəxsiyyətləri müəyyənləşdirilərək meyitlərinin aidiyyəti üzrə verilməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1266 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...