Ermənilər panikada: Əhali sərhəd kəndlərini boşaldır - Ermənistan KİV
Azərbaycan Ordusu düşmənin təxribatlarına layiqli cavab verdikdən sonra Ermənistanda əhali təşvişə düşüb.
Yenisabah.az xəbər verir ki, ölkənin sərhədyanı bölgələrində yaşayan sakinlər artıq oranı tərk etməyə cəhd edir. Hətta sərhəd kəndlərində yaşayan çoxlu sayda insanın paytaxtdakı qohumlarının yanına köçdüyü bildirilir. Lakin bölgə qubernatorları bunun qarşısını almaq üçün fərqli yollara əl atır. Bunlardan biri də Geqarkunik bölgəsinin qubernatoru Gnel Sanosyandır. O, Ermənistandakı gərgin vəziyyətlə əlaqədar jurnalistlərə açıqlama verərkən sərhəd kəndlərinin sakinlərini təxliyə etməyə ehtiyac olmadığını vurğulayıb:
“Hadisələr bir sıra sərhəd kəndlərinin inzibati ərazilərində baş verir, məskunlaşma ərazilərində təhlükə yoxdur. Regional rəhbərlik Müdafiə Nazirliyinə lazımi dəstəyi verir və Müdafiə Nazirliyi bölgə ərazisində nə qədər Azərbaycan əsgərinin olduğunu və onların necə hərəkət etdiyini bilir. Ancaq bu məlumatları indi yayımlamağın doğru olmadığını düşünürəm. 9 noyabrdan sonra sərhəd mühafizəsi ilə bağlı işlər davamlı olaraq həyata keçirilib və indi daha intensiv şəkildə aparılır. Bu cür işlər zamanı bi neçə erməni hərbçisi əsir götürülüb”.
835 dəfə oxundu