İranda sutka ərzində koronavirusdan 171 nəfər öldü

İranda sutka ərzində koronavirusdan 171 nəfər öldü

İranda ötən sutka ərzində koronavirusdan (COVID-19) 171 nəfər ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 80 327 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 10 687 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 923 823 nəfərə çatıb. Virus daşıyıcılarından 4 064 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 2 477 596 nəfər koronavirusdan sağalıb, 20 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 4,31 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3,78 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 526 min təşkil edir.

Koronavirusa yoluxma üzrə 8 şəhər qırmızı və 233 şəhər narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan şəhərlərə gediş-gəliş qadağandır. Bundan başqa 207 şəhər sarı zona hesab olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
708 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...