Avtobuslarda kondisioner işləmir - BNA isə bahənə tapdı

Avtobuslarda kondisioner işləmir -

Avtobuslar xətdə olduğu zaman kondisionerlərlə bağlı bəzi texniki nasazlıqlar baş verir və bunlar da vaxtaşırı aradan qaldırılır.

Bu sözləri Gundeminfo-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bəzi marşrut avtobuslarında kondisionerlərin işləməməsinin səbəbləri haqda danışarkən deyib.

O bildirib ki, avtobusun kondisioneri bir gün işləmirsə, onu xəttdə saxlamaq düzgün deyil:

“Avtobuslar səhər qarajdan çıxanda kondisionerlərinin işləkliyi yoxlanılır. Ancaq ola bilər ki, xəttdə olan zaman nasazlıqlar yaransın. Bunlar da avtobuslar axşam xətdən qayıtdıqdan sonra aradan qaldırılır”.

Qeyd edək ki, 31 maydan etibarən avtobuslarda kondisionerlərin aktivləşdirilməsi ilə bağlı rəsmi göstəriş verilib. Buna baxmayaraq, bəzi avtobuslarda kondisionerlər xarab olub və bu da xüsusilə pik saatlarda həddən artıq sıxlıq olan avtobuslarda sərnişinlərin ciddi narazılığına səbəb olur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
818 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...