"Nazir yoxdur, çox məşğulam" - İltimas Məmmədov

"Nazir yoxdur, çox məşğulam" -


Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad edilməsinə münasibət bildirməyib.

Nazir müavini Publika.az-a açıqlamasında hazırda çox məşğul olduğunu söyləyib: “Nazir yoxdur, çox məşğulam. Mümkünsə, mətbuat xidməti ilə əlaqə saxlayın”. Xatırladaq ki, noyabrın 12-də Prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad edilib.

Qeyd edək ki, hazırda rabitə və yüksək texnologiyalar naziri vəzifəsini İltimas Məmmədov icra edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1155 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...