Qəza törədən Hacı Məhərrəmin kürəkəni deyil – Ələsgər imiş...

Qəza törədən Hacı Məhərrəmin kürəkəni deyil –

Daxili İşlər Nazirliyi (DİN) Novxanı-Sumqayıt yolunda “Range-Rover”in iştirakı ilə baş verən qəza ilə bağlı məlumat açıqlayıb.

Gundeminfo.az xəbər verir ki, DİN-in mətbat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Modern.az-a açıqlamasında deyib ki, hadisə gecə saat 1 radələrində Novxanı bağlar sahəsində qeydə alınıb:

“Abşeron rayon sakini Ələsgər Əliyevin idarə etdiyi “Range-Rover” markalı avtomobil və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobil toqquşub. Nəticədə “Daewoo Damas”ın sürücüsü və sərnişinləri paytaxt sakinləri - Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.

“Range-Rover”in sürücüsü Ələsgər Əliyev və avtomobilin sahibi, sərnişin Elşad Kərbalayev xəstəxanada tibbi yardım göstərildikdən sonra Binəqədi rayon Polis İdarəsinə aparılıblar”.

Polis rəisi hazırda rayon polis idarəsi tərəfindən araşdırmalar aparıldığını vurğulayıb.

Qeyd edək ki, “Range-Rover”in sahibi Elşad Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri, iş adamı Məhərrəm Ağayevin kürəkənidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
690 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...