İTV-dən İlqar Mikayıloğlunun“bizimkilər” sözü ilə bağlı AÇIQLAMA
Bir neçə gündür sosial şəbəkələrdə İctimai Televiziya (İTV) kütləvi şəkildə tənqid atəşinə tutulur. Tənqidçilər bildirirlər ki, iyunun 12-də İTV-nin efirində yayımlanan Belçika-Rusiya matçını şərh edən İlqar Mikayıloğlu Rusiya yığmasına xitabən “bizimkilər” ifadəsi işlədib. İTV rəhbərliyindən şərhçini efirdən uzaqlaşdırmağı tələb edən bəzi sosial şəbəkə istifadəçiləri telekanalı hətta üzr istəməyə çağırıb.
Modern.az xəbər verir ki, İTV-nin department direktoru Anar Yusofoğlu isə sosial şəbəkələrdə tirajlanan məlumatı təkzib edib:
“Biz bu məlumatları yazan, paylaşan bütün şəxslərdən matçın şərhinin həmin hissəsini İTV-yə göndərməyi xahiş etmişik. Bu sözü tapana hədiyyə də vəd etmişik. Lakin bu sözü tapa bilməyənlər İlqarın başqa ifadəsini tirajlamağa başlayıblar. Şərhçinin masanın üzərindəki kağızlara baxaraq, Rusiya komandasının əvəzedici heyəti ilə bağlı ardıcıl dediyi “kimimiz var hücumçulardan” (23.42.35) və “ehtiyatda yarımmüdafiədə kimlərimiz var orda” (23.42.46) ifadəsini “bizimkilər” kimi yozmağa çalışırlar. Şərhçi iş masasının üzərindəki hər hansı predmeti özününkü hesab etdiyindən “topumuz”, “qələmimiz”, “fincanımız”, “siyahımız”, yaxud da “siyahıda kimlərlərimiz var” ifadəsini də rahatlıqla işlədə bilər. Burdakı mənsubiyyət şəkilçisi həmin komandaya deyil, əlbəttə ki, iş masasındakı predmetə aiddir. Şərhçi “kimimiz var” ifadəsindən istifadə edəndə komandanı deyil, siyahını nəzərdə tutur”.
A.Yusifoğlu deyib ki, İTV-nin vədi qüvvəsində qalır: “Şərhdə “bizimkilər” sözünü tapın, gəlin hədiyyənizi aparın. Tövsiyyəmiz də var: Bir fincan qəhvə və ya bir stəkan çay götürüb İctimai TV-də futbola baxın, idmandan zövq alın! Biz sizin üçün işləyirik, çünki bizimkilər sizsiniz. Bizə sarı gəlin!”.
775 dəfə oxundu