Bu marşrut xətlərinin hərəkəti dəyişdirildi - SİYAHI
Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 7 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.
Gundeminfo.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, məqsəd çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.
Mövsümi xarakterli dəyişikliyə əsasən, sabahdan
101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan” çimərliyinə qədər;
107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna” çimərliyinə qədər;
146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Şüvəlan” çimərliyinə qədər;
179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı” çimərliyinə qədər;
180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Zirə” çimərliyinə qədər;
182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Mərdəkan” çimərliyinə qədər;
189 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin “Ləhic” bağlarına qədər təşkil ediləcək.
789 dəfə oxundu