​Gəncəlilər Niyazi Bayramovdan narazıdır: Ölkə inkişaf edir, Gəncə isə...

​Gəncəlilər Niyazi Bayramovdan narazıdır:

Şəhərdə işsizlikdir, gənclər asudə vaxtını kafe və restoranlarda keçirir. Tarixi şəhərin gəncləri bu vəziyyətdə olmamalıdır.

Bu sözləri Azadinfo.az-a Gəncə sakinləri deyib. Onlar İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun onların problemi ilə maraqlanmadığını bildirib:

"Ölkəmiz günü-gündən inkişaf edir, lakin Gəncədə bu inkişafı görmək mümkün deyil. Şəhərin yolları bərbad vəziyyətdədir. Elmar Vəliyev şəhəri yeyib taladı. Ümid edirdik ki, Niyazi Bayramov gələndən sonra nəsə düzələcək, amma heç nə dəyişmədi. Şəhərdə işsizlik artıb, gənclər gününü kafelərdə keçirir. İcra başçısı maraqlanmır ki, bu gənclərin axırı necə olacaq. Maraqlanmaq bir yana, heç olmasa korrupsiya ilə məşğul olmasın".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
860 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...