Samir Şərifov Rövşən Rzayevi təftiş etdirir

Samir Şərifov Rövşən Rzayevi təftiş etdirir
Gündəlik Bakı olaraq dəfələrlə qeyd etmişik və bir daha bildiririk ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini ( Qaçqınkom ) digər nazirlik və komitələrlə, hətta Dövlət Gömrük Komitəsi ( DGK ) ilə müqayisə etmək olmaz.
Tutaq ki,DGK 500-600, 3 min, 5 min, lap 10 min alıb iş adamı, biznesmenlə işləyir.
Qaçqınkom isə 1 milyondan çox qaçqın və məcburi köçkünlərin problemi, rifahı, işi, qazı, suyu, işığı və.s ilə məşğul olur. 1 milyon insan üçün ev, mənzil, şəhərcik, qəsəbə, indi isə kənd, rayon tikir.
Fərqi hiss etdinizmi ?
Ən varlı, korrupsiyalı hesab etdiyiniz DGK ilə Qaçqınkomun fərqini bildinizmi ?
Hansında rüşvət və korrupsiya çox olar ?
Əlbəttə, Qaçqınkomda. Bu sadəcə hesabdır. Qaçqınkom təkcə hər ay təxminən 60000000 ( 60 milyon ) çörək pulu verir.
Tikilən evlərə, mənzillərə, binalara, şəhərciklərə, qəsəbələrə və.s sərf olunan milyonları, milyardları təsəvvür edin. Belə rəqəmlər heç bir nazirlikdə yoxdur.
Ona görə də tam məsuliyyətlər demək olar ki, ən rüşvətxor və korrupsiyalaşmış qurum Qaçqınkomdur.
Qaçqınkomun sədri Rövşən Rzayev deyir ki, sadə maaşımla dolanıram.
Bəlkə, sədr müavinləri Sabir Əhmədov, Fuad Hüseynov, Aparat rəhbəri Eldar Zeynalov, qaçqınların mənzillərini satan Mənzil Departamentinin rəisi Səbuhi Əhmədov da maaşla dolanır?
Bəlkə özünüzdən çox səlahiyyət verdiyiniz adaşınız Rövşən, bəlkə adi inspektor olan Qürbət maaşla dolanır ?
Bəlkə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, millət vəkili Mahir Abbaszadə də (qup)quru maaşla dolanır, cənab Rövşən Rzayev ?
Hər şeyi bir kənara qoysaq, el arasında adına “çörək pulu” deyilən, vahid aylıq müavinətdən ( 60 manat ) nə qədər qazanırsınız ?
Çoxlarına gülməli gələ bilər...
Sədr Rövşən Rzayevin məcburi köçkün siyahısında ən azı çoxdan vəfat etmiş, dünyasını dəyişmiş 500 nəfər var.
Təkcə, bu gəlir 30 min manatdır.
Rövşən Rzayev ölülər o dünyada qaz, işıq yandırır, bəlkə su işlədirlər ? Bəlkə yemək yeyirlər ?
O pulların hamısı sizlərin cibinə gedir. Bütün bunları Maliyyə Nazirliyi, cənab nazir Samir Şərifov görmür ?
Cənab Rövşən Rzayev, vahid aylıq müavinət məsələsi sənin üçün o qədər sadə bir işdirmi ki, müavinlərin ola-ola qeyri-rəsmi olaraq tapşırmısan sıravi inspektor Qürbətə.
Hələ Qürbətin vaxtilə marketlərə bakkuş daşıyan ekspeditel olmasını, karateçiliyini demirik. Ona nə boyda səlahiyyət vermisən ?
İndi isə məcburi köçkünlər arasında boşanmaların sayına baxaq. Rekord həddə çatıb. Bu sizlərin qurduğunuz korrupsiya mexanizmidir, cənab Rzayev. Bunlar kağız üzərində boşanmalardır. Nə qədər pullar alıb bu saxta mexanizmi həyata keçirirsiniz.
Rövşən Rzayev, bir gün bu suallara cavab verməli olacaqsan ee, Səlim Müslümov kimi.
Maliyyə nazirliyinin bir yoxlamasından sonra səni, müavinlərin Sabir Əhmədovu, Fuad Hüseynovu, Aparat rəhbəri Eldar Zeynalovu, qaçqınların mənzillərini satan Mənzil Departamentinin rəisi Səbuhi Əhmədovu, Rövşəni, Qürbətİ, Sosial İnkişaf Fondunun direktoru, Mahir Abbaszadəni HƏBS gözləyir.
Rövşən Rzayev, Bayram Hacıyevin sizi şantaj etdiyi siyahı redaksiyamızdadır. Bilirsən də, ölü canların siyahısından söhbət gedir. Pullarını yediyiniz ölmüş qaçqınların siyahısı. Bu yaxınlarda göndərəcəyik Maliyyə Nazirliyinə. Görək indi nə deyəcəklər.
Sonda məcburi köçkün və qaçqın qardaşlarımıza müraciət edirik ki, Nəsimi Vəliyevin timsalında olduğu kimi, redaksiyamıza müraciət edin və bəzi işbazların sizə vurduğu ziyanın geri qaytarılmasa yardımçı olaq.
Haqq və Ədalət yerini tapsın. //gundelik-baku.com//



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1059 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...