Daha bir Avropa dövlətində maska məcburiyyəti ləğv edilir

Daha bir Avropa dövlətində maska məcburiyyəti ləğv edilir

İtaliyada bir müddətdir açıq ərazidə maskalardan istifadə etmək məcburiyyəti geniş müzakirə olunur.

Ölkənin Səhiyyə naziri Roberto Speranza “Tvitter” hesabında bu barədə yazıb:

“Koronavirus Elmi-Texniki Komitəsinin müəyyən etdiyi ehtiyat tədbirlərinə uyğun olaraq ağ (aşağı riskli) kateqoriyalı bölgələrdə açıq havada maska ​​taxma öhdəliyini 28 iyundan etibarən bitiririk”.

Qərb ölkələri arasında COVID-19 epidemiyasının ilk və ən ciddi şəkildə təsirləndiyi İtaliyada keçən il yayda xəstəlik sayının azalması ilə açıq havada maska ​​istifadə etmək məcburiyyəti ləğv edildi. Açıq payızda gündəlik yoluxmanın artması ilə maska taxmaq yenidən məcburi oldu.

Qeyd edək ki, Polşa, Çex Respublikası, Macarıstan, İspaniya və Niderlanda açıq havada maska taxma məcburiyyətinin ləğv edilməsi qərarı verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
681 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...