Bombaların üzərində - “Parisdən sevgilərlə” YAZDILAR

Bombaların üzərində - “Parisdən sevgilərlə”


Parisdə törədilən terror aktlarından sonra Fransanın hərbi təyyarələri İŞİD-in əsas şəhəri sayılan Rakka şəhərini bombalayıb. AzNews.az xəbər verir ki, bombardman zamanı 10 təyyarədən istifadə olunub.

Hücumlarda istifadə olunan bombaların üzərindəki ifadələr diqqət çəkib. Belə ki, bombaların üzərində "From Paris with love" (“Parisdən sevgilərlə”) sözləri yazılıb. Bombaların fotoşəkilləri ictimai mediada da paylaşılıb. Fransa Müdafiə Nazirliyinin verdiyi açıqlamada təyyarələrin Birləşmiş Ərəb Əmirlikləri və İordaniyadan qalxdığını və İŞİD hədəflərinə 20 bomba buraxıldığını qeyd edib. Əməliyyatda İŞİD-in əmr və nəzarət mərkəzi, arsenal, təhsil düşərgəsi, xadim və alim mərkəzi vurulub.

Qeyd edək ki, İŞİD oyabrın 13-də Parisdə 3 terror aktı törədilib. Törədilən terror aktları nəticəsində 132 nəfər ölüb, azı 200 nəfər yaralanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1059 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...