Kremlin “Bayraktar” QORXUSU: - “Türkiyənin Ukraynaya verdiyi modellər xeyli təkmilləşdirilib”

 Kremlin “Bayraktar” QORXUSU: -
Ukraynanın Qara və Azov dənizlərində Rusiyanı çəkindirmək məqsədilə Türkiyədən aldığı “Bayraktar TB2” Pilotsuz Uçuş Aparatlarının (PUA) xeyli təkmilləşdirildiyi bildirilir.

Yenicag.az xəbər verir ki, bu barədə Ukraynanın hərbi təmayüllü “Defense Express” nəşrinin materialında qeyd olunub.

İnformasiya-konstaltinq Agentliyinin araşdırmasına əsasən, Türkiyənin Ukraynaya satdığı bu PUA-lardan Qarabağ müharibəsində də geniş istifadə olunub.

“Defense Express”in materialına görə, Ukraynanın Hərbi-Dəniz Qüvvələrinə (HDQ) bu ay verilmiş “Bayraktar TB2” PUA-larının ilk kompleksinə bir neçə dron, həmçinin Qara və Azov dənizlərinin akvatoriyasının fasiləsiz müşahidəsini təmin edən idarəetmə stansiyası daxildir:

“Bu, o deməkdir ki, PUA-lardan birinin uçuş müddəti sona yaxınlaşdıqda artıq digər aparat onun əvəzlənməsi üçün müvafiq zonaya daxil olur.

Digər tərəfdən, “Bayraktar TB2” PUA-larının idarəetmə stansiyaları tək mobil deyil, həm də stasionar, o cümlədən, gəmilərdə quraşdırıla biləcək variantlarda hazırlanıb. Yəni, Ukrayna HDQ gəmiləri özlərinin “kapitan kürsüsü”ndən “Bayraktar”ları idarə edə biləcəklər”.

Materialda o da qeyd olunur ki, Ukrayna HDQ-yə verilən “Bayraktar”lar daha da təkmil modellərdir və onları 300 kilometr məsafədən idarə etmək mümkündür. Əlavə olaraq, idarəetməni bir stansiyadan digərinə ötürmək də mümkündür”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1218 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...