Əsəd hakimiyyətdən gedəcəyi tarixi açıqladı

Əsəd hakimiyyətdən gedəcəyi tarixi açıqladı


Suriya prezidenti Bəşər Əsəd İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı üzərində qələbə qazanılmayana qədər öz istefasının mümkün olmadığını bildirib. Haqqin.az xəbər verir ki, bu barədə Əsəd İtaliyanın “RAİ” telekanalına müsahibəsində bildirib. “Qrafik (keçid dövrü) terrorizm üzərində qələbə qazanıldıqdan sonra işə düşəcək. Terrorçular Suriyanın böyük bir hissəsini nəzarət altında saxladığı bir vaxtda siyasi anlamda nəticələr əldə etmək mümkün deyil”, - deyə İnterfaks Əsədin müsahibəsindən sitat gətirib.

Terrorçular üzərində qələbə qazanılacağı təqdirdə Əsəd keçid dövrünün 1,5-2 il davam edəcəyini bildirib. Bu arada o, prezident seçkilərində iştirak etməsi variantını da istisna etməyib: “Bu məsələdə heç bir qırmızı xətt yoxdur. Əgər mən Suriya xalqı tərəfindən yenidən prezident seçilsəm, onda onları xoşbəxt gələcək gözləyir”. O, həmçinin qeyd edib ki, seçkilərsiz hakimiyyətdə qalma qərarı onun üçün siyasi səhv olardı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
901 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...