Gözəllik salonlarında arıqlama dərmanı adıyla “patı” satılır - VİDEO

Gözəllik salonlarında arıqlama dərmanı adıyla “patı” satılır -
Bəzi gözəllik salonlarında qadınlara arıqlama dərmanı adı altında “patı” satılır.

Gundeminfo.az xəbər verir ki, bunu ARB24-ün “Gündəm” verilişindəki açıqlamasında DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib. O bildirib ki, Daxili İşlər Nazirliyinə bununla bağlı faktlar daxil olub:

““Metanfetamin” adlı ağır psixotrop maddənin həmin ünvanlarda satışı müşahidə edilib. Aşkarlanan faktlarla bağlı tədbir görülüb və qarşısı alınıb. Həmin şəxslər məsuliyyətə cəlb olunublar. Onlar maddənin çəki azaltmaqda təsiri olduğunu desələr də, onun narkotik vasitə olmasını söyləmirlər. Qeyd edim ki, “metanfetamin” sintetikdir və kimyəvi tərkiblidir. Bir-iki qəbuldan sonra həmin şəxs onun aludəçisinə çevrilir. Həmin maddənin istifadəsi, əsasən, azyaşlılar yox, qadınlar tərəfindən həyata keçirilir”.

E. Hacıyev valideynləri də diqqətli olmağa səsləyib: “Valideynlər övladlarının xarakterində, hərəkətlərində dəyişiklik müşahidə etdikdə onu müvafiq qaydada yoxlatdırsınlar. İmkan olmasa, çətinlik çəksələr, dövlət qurumlarına müraciət etsinlər. Dövlət qurumları tərəfindən müvafiq qaydada zəruri köməkliklər göstəriləcək”.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
604 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...