Ustalar, tərcüməçilər və cangüdənlər də vergi ödəyəcəklər – YENİLİK

Ustalar, tərcüməçilər və cangüdənlər də vergi ödəyəcəklər –


Azərbaycanda ustalar, tərcüməçilər və cangüdənlər də sadələşdirilmiş formada vergiyə cəlb ediləcəklər. Bu barədə fins.az-a Vergilər Nazirliyindən bildirilib. Qeyd eək ki, Azərbaycanda vergi bazasının genişləndirilməsi məqsədilə müxtəlif fəaliyyət növləri ilə məşğul olan və xidmətlər göstərən şəxslərin də vergiyə cəlb edilməsi nəzərdə tutulur.

Söhbət indiyədək əsasən qeyri-rəsmi xidmət haqqı alan şəxslərdən gedir. Vergilər Nazirliyindən verilən məlumata görə, bura dayələr, repetitorlar, ustalar, ev təmiri və ya avtomobil təmir ilə məşğul olanlar, tərcümə xidmətləri göstərənlər, cangüdənlər, eləcə də evdən digər fərdi xidmətlər göstərənlər aiddir. Qeyd edək ki, hazırda sadalanan fəaliyyətlə ölkədə 10 minlərlə şəxs məşğul olur. Onların əksəriyyəti vergi uçotunda dayanmayıb və ya gəlirlərini tam açıqlamır.

Bir qədər əvvəl Vergilər Nazirliyində keçrilən brifinqdə nazirin 1-ci müavini natiq Əmirov bildirmişdi ki, belə şəxslərin vergiyə cəlb edilməsini asanlaşdırmaq üçün onlardan vergri sadələşdirilmiş bir formada toplanacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1050 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...