Rusiya qərar verdi: məktəblər açılır

Rusiya qərar verdi:

Rusiyada sentyabrın 1-də dərs ili əyani formatda başlanacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın maarif naziri Sergey Kravtsov bildirib.

Nazir şagird və tələbələrin müəllimləri ilə dərs ilinin ilk günü görüşməsinin vacib olduğunu deyib. Kravtsov, həmçinin əlavə edib ki, hər region epidemioloji vəziyyətə əsasən qərar vermək ixtiyarındadır.

Bundan əlavə, Maarif naziri müəllim, şagird və tələbələrin məcburi peyvənd edilməsinin əleyhinə olduğunu söyləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
571 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...