Xərçəngdən əziyyət çəkən baş leytenantla bağlı xoş xəbər

Xərçəngdən əziyyət çəkən baş leytenantla bağlı xoş xəbər
Xərçəngdən əziyyət çəkən Vətən Müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı kəşfiyyat bölüyünün komandiri, baş leytenant Qəzənfər Ağayev Türkiyədə səhhəti ilə bağlı müsbət cavab alıb.

YAŞAT Fondundan “Qafqazinfo”ya bildirilib ki, Vətən müharibəsində yaralanan, habelə xərçəng xəstəliyindən əziyyət çəkən qazi Ağayev Qəzənfər Mahmud oğlu fond tərəfindən sentyabrın 26-da Türkiyəyə göndərilib. Müayinələrin nəticəsinə əsasən, həkimlər tərəfindən ölkəmizdə aparılan müalicənin effektiv nəticə verməsi bildirilib, hazırda onda xərçəng hüceyrələri aşkar edilmədiyi barədə rəy verilib.

Eyni zamanda şəxs dərman vasitələri ilə də təmin edilib. Xəstəliyin yenidən yaranıb-yaranmamasını yoxlamaq məqsədilə 4 ay sonra müayinə edilməsi üçün Türkiyəyə göndərilməsi məqsədəuyğun görülüb.

Qəzənfər Ağayevin atası Mahmud Ağayev də saytımıza açıqlamasında təsdiqləyib ki, artıq ölkəyə qayıdıblar və hazırda oğlunun vəziyyəti yaxşıdır, müalicəsi ev şəraitində davam etdiriləcək.

Qeyd edək ki, 25 yaşlı Vətən Müharibəsi Qəhrəmanı Ağdərə istiqamətində gedən döyüşlərdə aldığı xəsarətə görə yaranan xəstəlik səbəbindən hazırda ordu sıralarından tərxis olunma müddətindədir. Müharibədən qayıtdıqdan sonra səhhətində ciddi problemlər yaranıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1102 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...