“Müstəqillik Günü haqqında” qanun layihəsi parlamentdə müzakirə olunur

“Müstəqillik Günü haqqında” qanun layihəsi parlamentdə müzakirə olunur
Milli Məclisdə “Müstəqillik Günü haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qanun layihəsinə əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunacaq.

Eyni zamanda Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

Qeyd edək ki, indiyə qədər mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
575 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...