18 Oktyabrla bağlı gündəlikdəki səhv çaşqınlıq yaratdı - FOTOLAR
Məktəblilər üçün nəşr edilən gündəliyə 18 Oktyabr-Müstəqilliyin Bərpası Gününün qeyri-iş günü kimi salınması valideynlər arasında çaşqınlığa səbəb olub.
18 Oktyabr rəsmi olaraq iş günü hesab edilsə də, 2021-2022-ci il tədris ili üçün çap edilən gündəlikdə bu tarix qeyri-iş günü kimi göstərilib. Belə bir yanlışlığa yol verilməsi isə məsələdən xəbərdar olmayan valideynlərin həmin gün övladlarını məktəbə göndərməməsinə gətirib çıxara bilər.
"Qafqazinfo" gündəliyi çap edən “Hədəf” nəşriyyatının rəhbəri Səbuhi Şahmursoyla əlaqə saxlayıb. O bildirib ki, sözügedən məsələ ilə bağlı texniki yanlışlıq baş verib: "Gündəliklər çap olunarkən keçənilki versiyanın üzərində işlənilir. Sadəcə texniki xətalar, yaxud hansısa bir günlə bağlı dəyişikliklər, bazar və şənbə günlərinin əvəzlənməsi ola bilər. Ona görə də gündəlik il ərzində bir neçə dəfə çap oluna bilər.
Həmişə çalışırıq ki, səhvləri düzəldək. 24 sentyabrda çapa gedən yeni versiyada həmin səhv düzəldilib. 24 sentyabra kimi alınan gündəlikdə texniki yanlışlıq var. Daha sonra biz firmadan xahiş etdik ki, köhnə versiyanı bazardan yığışdırsınlar. Bizdən asılı olan və olmayan səbəblərə görə texniki yanlışlıqlarla üzləşə bilirik”.
Nəşriyyat rəhbəri 24 sentyabrdan sonra çap edilən versiyanın fotosunu da redaksiyamıza göndərib.
Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəsmi məlumatına görə, Müstəqilliyin Bərpası Günü (18 Oktyabr) iş günü olan bayram sayılır.
895 dəfə oxundu