Azərbaycanda bu məhsulun qiyməti kəskin bahalaşdı
Azərbaycanda kələmin qiyməti kəskin bahalaşıb.
Qaynarinfo xəbər verir ki, hazırda 1 kiloqram kələm 1,40-1,80 manata satılır. Ötən ilin müvafiq dövründə isə 1 kq kələmin qiyməti 20-30 qəpik idi.
Satıçılar bunun səbəbini kələmin topdan satış qiymətinin baha olması ilə əlaqələndirir. Hazırda "Meyvəli” bazarında kələmin topdan satış qiyməti 0.8-1 manat arasında dəyişir.
Satıcılar deyir ki, bununla əlaqədar olaraq kələmə olan tələbat azalıb: "Qiyməti soruşurlar və baha olduğunu deyib almırlar”.
Kənd təsərrüfat məhsulları üzrə ekspert Vahid Məhərrəmov Qaynarinfo-ya açıqlamasında kələmin qiymətinin baha olmasının səbəbini istehsalın azalması ilə əlaqələndirib:
"Ötən il məhsuldarlıq aşağı düşmüşdü, fermerlər gəlir əldə edə bilmirdi. Kələm enliyarpaqlı bitkidir və çoxlu su tələb edir. Suya olan təlabat ödənilmir, fermerlər əziyyət çəkir. Demək olar ki, bu istehsal onlara baha başa gəlir. Məhz bu üzdən istehsalda azalma var. Azalma olan vaxtlarda da məhsul bahalaşır”.
599 dəfə oxundu