“Elşad Miri seyidləri İblislə müqayisə edib” - Komitə rəsmisi ilahiyyatçıya İRAD TUTDU
“Dövlət Komitəsi dinşünas Elşad Mirinin "İslamda yoxdur" kitabının idxalına izacə verməyib. Səbəb isə kitabda Elşad Mirinin seyidləri İblislə müqayisə etməsi olub”.
Modern.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov ilahiyyatçı Elşad Mirinin kitabına qoyulan qadağadan danışarkən bildirib.
“Mən qanun və vicdanım qarşisinda rahatam. Çunki əminəm ki, seyidi və ya başqa bir insanı İblislə müqayisə etmək həm qanun, həm də etik baxımdan qəbuledilməzdir. Zatən, bu mövqeyi ölkə məhkəmələri də haqlı sayıb. Əgər Avropa Məhkəməsi desə ki, yox, Elşad Miri düz edib seyidləri İblislə müqayisə edib, artıq buna deyəcək bir sözüm yoxdur. Uzaqbaşı Hüseyn Cavidin "İblis"ini tərcümə etdirib onlara göndərə bilərəm”,- G.İsmayılov deyib.
Komitə rəsmisinin sözlərinə görə, bəzən Elşad Mirinin iddialarına ciddi, amma onun səmimi olmadığı vaxtlarda yarızarafat, hətta ironiya və sarkazmla cavab verib:
“Fikirləşmişəm ki, Elşad Miridir də, Elşad Miri belə olur. Cəmiyyətdə Elşad Miri kimisinin də olması lazımdır. Amma dünənki debatdan sonra çox təəcübləndim. Deyirdilər ki, Elşad Miri ərəb dilini bilmir, inanmırdım. Fikirləşirdim ki, onu sevməyənlər bunu deyə bilər. Necə ola bilər ki, ərəbcəni yaxşi bilmədən Elşad Miri Qurani-Kərimi tərcümə edir, hətta Vasim Məmmədəliyevin tərcüməsində səhv tutur? Amma yanılmışam. Elşad Miri dünən özü etiraf etdi ki, ərəbcə danışa bilmir və bunu heç vaxt gizlətməyib. Təsəvvür edin ki, ingilis dilini normal bilmədən Şekspiri tərcümə edirsiz. Dəhşətdir! Çox vaxt qınayırıq ki, bəzi mollalar ərəbcəni bilmir, Quranı necə gəldi oxuyurlar. Ərəbcə yaxşı danışa bilməyən, amma Quranı tərcümə edən dinşünas görəndən sonra mollaya nə deyəsən ki?! Mən demirəm ki, dinşünaslar ərəbcə bülbül kimi cəh-cəh vurmalıdır, yox. Deyirəm ki, məhz Quranı tərcümə edən dinşünaslar həm ərəb dilini, həm də dini mükəmməl bilməlidir.
Allah sizə rəhmət eləsin Vasim müəllim, nə yaxşı ki, Quranı vaxtında tərcümə etmisiz!”
625 dəfə oxundu