Azərbaycandan ermənilərə şok zərbə: Pasportunda Xankəndi yazılanlar xaricə çıxa bilmir

Azərbaycandan ermənilərə şok zərbə:
“Ermənistanda istəyirlər ki, pasportlarda doğum yeri kimi şəhər yazılsın. Qarabağ separatçıları isə hesab edirlər ki, xarici ölkələrə səfərlərdə bu, onlar üçün problem yarada bilər. Məhz pasportlarla bağlı sözügedən yenilik Ermənistanda əməlli-başlı narahatlıq yaradıb”.

Gundeminfo.az xəbər verir ki, Azadlıq Radiosunun erməni bürosuna danışan separatçıların nümayəndəsi David Babayan bu dəyişikliklərə etirazını bildirib:

“Doğum yeri kimi Ermənistan Respublikası yazılması ən yaxşı variantdır. Ola bilər ki, bəzi vətəndaşlar pasportlarında doğum yeri kimi şəhər və kəndləri qeyd etdikdə viza ala bilməsinlər. Bu məsələlərlə bağlı bizim böyük problemlərimiz var” – Babayan vurğulayıb.

Separatçılar isə bundan da narahatdırlar. Çünki vətəndaş pasportunda doğum yeri kimi Xankəndi şəhərini yazdırsa, o zaman xaricə səfər edə bilməyəcək.

Separatçı David Babayan bu məsələdə də Azərbaycanı ittiham edib: “Azərbaycan lobbiçilik edir, müxtəlif ölkələrə tapşırır ki, Qarabağdan olan ermənilərə viza verməsinlər. Bu problemlə inkişaf etmiş ölkələrdə belə qarşılaşmışıq. Buna görə də, ən doğrusu pasportlara Ermənistan Respublikası yazmaqdır” – Babayan əlavə edib.

Qeyd edək ki, layihə müəllifləri artıq Ermənistan Xarici İşlər Nazirliyindən müsbət rəy aldıqlarını açıqlayıblar. Xatırladaq ki, Ermənistan əhalisinin də, Qarabağdakı separatçıların da pasportları eynidir. Yəni Qarabağ separatçıları də Ermənistan vətəndaşları kimi xaricə viza almaqla səfər edirlər. konkret.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
620 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...