Ölkəyə gətirilən telefonlara görə rüsumlar artdı

Ölkəyə gətirilən telefonlara görə rüsumlar artdı


Azərbaycanda mobil cihazlara görə dövlət rüsumunun dərəcələri müəyyənləşib.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif olunur

Dəyişikliklə bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda - 30 manat;

Bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda - 50 manat;

Bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda - 60 manat;

Bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda - 70 manat;

Bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda - 100 manat;

Bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda - 150 manat dövlət rüsumu tutulacaq.

Qeyd edək ki, yuxarıdakı dövlət rüsumları qanunun 33-5.1.1-ci maddəsində nəzərdə tutulan cihazlara tətbiq olunmayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
556 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...