“Nardarandakı qarşıdurmanın səbəbkarları agentdirlər” - DEPUTAT

“Nardarandakı qarşıdurmanın səbəbkarları agentdirlər” -


Deputat seçildiyi Sabunçu rayonundan Nardaran qəsəbəsini də təmsil edən Eldar Quliyev bildirib ki, insidentdə iştirak edən dindarlar başqa dövlətə işləyirlər. O, Modern.az saytına deyib ki, insidentin baş verməsinə səbəbkar olanlar agentdirlər: “Ay yarım bundan qabaq bir hadisə törətdilər. Talehin müavinini polisə aparmışdılar. Onun tərəfdaşları isə ayrı-ayrı rayonlardan, kəndlərdən adamlarını yığıb polis bölməsinin qarşısına gətirmişdilər”.

Deputat bildirib ki, kənd camaatı onları pislədiyinə və məscidə qoymadığı üçün evdə toplaşıblar: “Həmin ev Taleh Bağırzadənin deyil. Ümumiyyərtlə, Taleh nardaranlı deyil, gəlmə adamdır. Kənd camaatı hamısı hadisəni pisləyir. Necə vaxtdır sakitlik idi. Taleh üzə çıxandan sonra radikal islamçılar baş qaldırıblar”. Bu məsələlərə dərindən baxmağın lazım olduğunu deyən Eldar Quliyev bildirib ki, onlar əsasən xaricdən maliyyələşdirilirlər: “Yoxsa, onların avtomatı, qranatı haradan idi? Azərbaycanda bunları maliyyələşdirən ola bilməz. Hadisə ilə bağlı indi araşdırmalar gedir, məlumat olanda deyiləcək

Bunlar bildiriblər ki, hadisə baş verən zaman namaz qılırmışlar. Sual etmək lazımdır, doğrudan da namaz qılırdınzsa, o silah-sursat nə üçün idi. Dünyanın heç yerində silahla namaz qılmırlar. Mən Azərbaycan dövlətinə, Azərbaycan xalqına düşmən münasibəti bəsləyənlərin cəzalandırlmasının tərəfdarıyam”. Deputat, ümumiyyətlə, Nardaran, Maştağa, Bilgəh ağsaqqallarının birmənalı şəkildə hadisəni pislədiklərini vurğulayıb.

Qeyd edək ki, bu gün Nardaranda polislərlə dindarlar arasında qarşıdurma olub. “Müsəlman birliyi hərəkatı”nın sədri, ilahiyyatçı Taleh Bağırzadə həbs olunub. İnsident zamanı xeyli adamın yaralandığı və 3 polisin öldüyü bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1108 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...