İŞİD-ə qoşulmaq istəyən daha bir rusiyalı tələbə qız hava limanında tutulub

İŞİD-ə qoşulmaq istəyən daha bir rusiyalı tələbə qız hava limanında tutulub


İŞİD-ə qoşulmaq istəyən Rusiya vətəndaşı İrina Babıkina Moskvanın “Vnukovo” hava limanında saxlanılıb.

APA-nın RIA "Novosti”yə istinadən verdiyi məlumata görə, 20 yaşlı qızı pasport nəzarəti zamanı Federal Təhqiqat Bürosunun əməkdaşları saxlayıblar.

O, iordaniyalı sevgilisi Yazan Adel Qalim Abbasın yanına İstanbula getmək istəyib. Məlumata görə, iordaniyalı şəxs internet vasitəsilə uzun müddət qızla ünsiyyətdə olub, onu qonaq çağırıb, evlənmək təklif edib və İŞİD-ə cəlb etmək istəyib. İ. Babıkinanın İŞİD-ə qoşulmaq məqsədilə ölkəni tərk etmək niyyəti barədə FTB-yə atası müraciət edib. 20 yaşlı İrina Ali İqtisadiyyat Məktəbində təhsil alırmış, lakin akademik borclara görə bu ilin yayında məktəbdən uzaqlaşdırılıb.

Xatırladaq ki, bir müddət əvvəl Lomonosov adına Moskva Dövlət Universitetinin əlaçı tələbəsi Varvara Karulova da İŞİD sıralarına qoşulmaq üçün bu ilin mayında evdən qaçıb. O, Türkiyədən Suriyaya keçmək istəyərkən sərhəddə saxlanılıb. Bu il oktyabrın 27-də Moskvanın Lefortovo məhkəməsi Varvara Karaulova barəsində 1 ay 25 gün müddətində həbs qərarı çıxarıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1069 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...