YUNİSEF-in yeni rəhbəri məlum olub

YUNİSEF-in yeni rəhbəri məlum olub
BMT-nin baş katibi Antoniu Quterreş Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (YUNISEF) yeni icraçı direktoru vəzifəsinə amerikalı Ketrin Rasseli təyin edib.

“Report” BMT-nin saytına istinadən xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın sözçüsü Stefan Dujarrik keçirdiyi brifinqdə məlumat verib.

“YUNİSEF-in İcraiyyə Şurası ilə məsləhətləşmələrdən sonra BMT-nin baş katibi Antoniu Quterreş ABŞ-dan olan Ketrin Rasselin Fondun yeni direktoru vəzifəsinə təyin olunduğunu elan edib”, - deyə BMT sözçüsü bildirib.

Rassel 2018-ci ilin yanvarından YUNISEF-ə rəhbərlik edən Henrietta Foru əvəz edəcək. BMT rəhbəri Fora gördüyü işlərə görə təşəkkür edib və onun rəhbərliyi altında pandemiya ilə qlobal mübarizədə, eləcə də təhsilə yanaşmaların yenidən nəzərdən keçirilməsi prosesində mühüm rol oynayan Uşaq Fondunun nailiyyətlərini etiraf edib.

“YUNİSEF onun rəhbərliyi sayəsində bu gün dövlət və özəl sektorlarla geniş tərəfdaşlığa malik və Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq öhdəliyi olan bir təşkilatdır”, - Antonio Quttereş bildirib.

Ketrin Rassel innovativ inkişaf və humanitar böhranda olan qadınlar və qızlar da daxil olmaqla, dünya üzrə həssas əhali qruplarına dəstək sahəsində on illiklər təcrübəsinə malikdir.

Qeyd edək ki, Rassel hazırda ABŞ Prezidentinin köməkçisi vəzifəsində çalışır və Ağ Evin Kadrlar Şöbəsinə rəhbərlik edir. O, 2013-2017-ci illərdə ABŞ Dövlət Departamentinin Qadın problemləri ilə bağlı xüsusi tapşırıqlar üzrə səfiri olub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1898 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...