“Həmin deputatlar vətəndaşların adından fırıldaqçılıq edirdilər” - Səfər Mehdiyev

“Həmin deputatlar vətəndaşların adından fırıldaqçılıq edirdilər” -

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deputatların xaricdən məhsul gətirib satdığını deyib.

“Qafqazinfo” xəbər verir ki, S.Mehdiyev jurnalist Eynulla Fətullayevə müsahibəsində malların rüsumsuz idxal limitinin 1000 dollardan 300 dollara endirilməsi, bununla bağlı ictimaiyyətdə yaranan narazılıq və deputatların bu dəyişikliyin əleyhinə çıxması haqda sualı cavablandırıb.

DGK sədri qeyd edib ki, deputatlar özləri qanunsuz bizneslə məşğul olduqları üçün bu dəyişikliyə etirazlarını bildiriblər: “Sizə səbəbi izah edim. Çünki Milli Məclisin bəzi deputatları bu qanunsuz biznesdə iştirak edirdilər. Və qərar onların maraqlarına toxunurdu. Ölkəyə hər şeydən xəbərsiz vətəndaşın adına elektrik texnikası daxil olurdu, sonra mağazaların piştaxtalarından elə həmin vətəndaşlara kredit xətti ilə satılırdı. Həmin deputatların parlamentdəki emosional çıxışlarından sonra xeyli təəccübləndim və məyus oldum. Əsl səbəbi anlaya bilmirdim.

Ancaq bir az araşdırandan sonra aydın oldu ki, həmin deputatlar ölkəyə vətəndaşların adına telefonlar, televizorlar, kompüterlər gətirir, sonra isə mağazalarda satdırırlar. Bu fırıldaqçılar nə edirdilər? Öz maraqlarını qoruyurdular.

Hər bir vətəndaş özü ilə 800 dollar gətirə və 300 dollar məbləğində poçt alınmaları edə bilər. Manat ekvivalentində bu, təqribən 2 min manatdır. Doğrudanmı vətəndaş hər ay 2 min manatlıq elektron alış-veriş edir? Əlbəttə, yox. Azərbaycanda minimal və orta əmək haqqını nəzərə alaraq ədalətli hədd müəyyənləşdirilib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1862 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...