Saxta polkovnik Türkiyədə bu məmuru da aldadıbmış... - VİDEO

Saxta polkovnik Türkiyədə bu məmuru da aldadıbmış... -

Xəbər verdiyimiz kimi, özünü FHN polkovniki kimi təqdim edərək Türkiyədə Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktayla görüşən Rasim Əhmədli ötən ilin noyabrından beynəlxalq axtarışa verilib.

“Qafqazinfo”nun məlumatına görə, özünü ötən il Türkiyədə baş vermiş yanğınların söndürülməsində böyük şücaət göstərmiş kimi qələmə verən Rasimin qardaş ölkədə daha bir məmuru aldatdığı üzə çıxıb.

Belə ki, əvvəllər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 221 (Xuliqanlıq) 29.120 (qəsdən adam öldürməyə cəhd) maddələri ilə məhkum olunmuş Rasim Əhmədli, ötən ilin avqust ayında Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaşla görüşüb və özünü yenə FHN-in polkovniki kimi təqdim edərək, ona hədiyyə də verib. Axtarışda olan Rasim, bələdiyyənin kanalına müsahibəsində yanğınların söndürülməsi zamanı dronları idarə etdiyini bildirərək yalan danışıb.
Saxta polkovnik Türkiyədə bu məmuru da aldadıbmış... -

Bu arada DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Rasimin əməlləri ilə bağlı maraqlı şərhi ilə diqqət çəkib.

“Ona kim salam veribsə, aldadıb. Kim inanıbsa, zərər çəkib. Dələduzlara xas olan bütün ritual qaydalara da ciddi əməl edib” - deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, FHN də həmin şəxsin nazirlikdə işləmədiyini açıqlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
611 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...