Rusiya-Ukrayna müharibəsi bu tarixdə başlaya bilər - Ağ evdən AÇIQLAMA
ABŞ-da Rusiyanın Ukraynanın şərqində saxta "bayraq əməliyyatı" keçirmək üçün bir qrup əməliyyatçı hazırladığını göstərən məlumatlar var.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ evin rəsmi nümayəndəsi CNN-ə bildirib.
Ağ ev nümayəndəsi bildirib ki, üzərlərində Ukrayna bayrağı olan təxribatçı qrup Rusiya qüvvələrinə qarşı təxribat aktları həyata keçirəcək.
Bildirilir ki, bu cür təxribatçı əməliyyatların soyuq havalarda - yanvarın ortalarından fevralın ortalarına kimi həyata keçiriləmsi planlaşdırılır.
Pentaqonun mətbuat katibi Con Kirbi isə bildirib ki, ABŞ kəşfiyyatının əldə etdiyi məlumatlara görə əvvəlcə xüsusi təlim keçmiş təxribatçı qrup Donbassa hücum edəcək, orada küçə döyüşləri aparacaq və partlayışlar törədəcək. Bu zaman Ukraynanı ittiham etmək üçün rusların bir-birini öldürməsi də nəzərdə tutulur. Bundan sonra isə Rusiya Ukraynanı Donbassa hücumda ittiham edərək “öz vətəndaşlarını qorumaq” adı altında irimiqyaslı hərbi müdaxilə başladacaq.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Moskvanın Ukraynada təxribatlara hazırlaşdığını təkzib edib.
979 dəfə oxundu