Maaş artımı ehtiyatda və təqaüddə olan hərbçilərə niyə aid deyil?

Maaş artımı ehtiyatda və təqaüddə olan hərbçilərə niyə aid deyil?
“Lakin buna baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ehtiyatda olan hərbçilərin pensiyasını artırmaqdan imtina edir. Bu haqda bundan əvvəl də bir neçə dəfə ehtiyatda olan hərbçilər məhkəmələrə müraciət ediblər və məsələ müsbət həllini tapıb. Bu dəfə də Ali Baş Komandan dünyada baş verən ərzaq qiymətlərinin artımı ilə əlaqədar əhalini qorumaq üçün maaş və pensiyaların qaldırılması üçün fərman verib. Lakin yenidən ehtiyatda olan hərbçilərə qarşı ikili münasibət gördük. Qanuna görə hərbçilərin maaşında artım və əlavələr olarsa, bütün hərbçilərə aid edilməlidir”.

Hərbi ekspert Üzeyir Cəfərov da ehtiyatda olan hərbçilərin pensiyalarının artırılmadığını təsdiqləyib. Bildirib ki, nazirlik pensiyaları artımla ödəmək istəmir:

“2019-cu ildə Prezidentin hərbi qulluqçularla bağlı verdiyi sərəncam - 40 faiz maaş artımı ehtiyatda olan hərbi qulluqçulara da şamil olunub. Nazirlik bildirir ki, bu məsələ ilə əlaqədar qanunvericiliyə dəyişiklik edilməsilə bağlı hər hansı təklif, müraciət olunmayıb. Əgər təklif olunmayıbsa, heç bir dəyişiklik olmayıbsa, pensiyalar niyə artırılmayıb?

“Hərbi qulluqçuların pensiyası haqqında” Qanunun 40-cı maddəsi 2007-ci ildə qüvvədən düşüb, eyni maddə Nazirlər Kabinetinin qərarıyla 6-cı maddə qüvvədə saxlanılıb. Yəni, artım və əlavələr də Dövlət Sosial Müdafiə Fondu tərəfindən həm maaşlara, həm də pensiyalara hesablanmalıdır. Azərbaycan müstəqillik əldə edəndən sonra 50 mindən artıq hərbi pensiyaçı var. Onların ailə üzvlərini də nəzərə alsaq, bu 100 mindən artıq insanın narazı salınması deməkdir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə məsələ ilə bağlı bir neçə gün əvvəl belə açıqlama yaymışdı:

“Hazırda hərbi qulluqçuların pensiyası onların təminat xərcliyi əsasında təyin edilir və təminat xərcliyi artdıqda da yenidən hesablanaraq artırılır. Dövlət başçısının 23 dekabr 2021-ci il tarixli Fərmanı ilə müvafiq qurumlarda hərbi və xüsusi rütbəli şəxslərin vəzifə maaşına 20% məbləğində əlavə edilib ki, bu əlavə həmin şəxslərin gələcəkdə pensiyası hesablanarkən nəzərə alınacaq.

Lakin hərbi qulluqçuların təminat xərcliyi artdığı halda onların pensiyalarında eyni artım baş verir, təminat xərcliyinə əlavə olunması isə qanunverciliklə onların pensiyalarında artımı şərtləndirmir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
840 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...