Şəmkirin həbs olunan icra başçısının MARALLARI Salyana aparıldı
Hüquq mühafizə orqanları tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun maral saxladığı çox adama məlumdur. Bu həm də Azərbaycanda ilk maral fermasıdır.
Bizim.Media xəbər verir ki, əvvəllər təsərrüfatdakı maralların sayı çox olsa da, 2021-də 30 maral qalıb.
Şəmkirin Kür qəsəbəsində "Camış ferması" kimi tanınan ərazi Alimpaşa Məmmədov icra başçısı gələndən sonra zəbt edilib.
Qeyd edək ki, həmin maralların aqibətinin necə olması çoxlarını maraqlandırır. Məhz bu səbəbdən, saytımızın regionlardakı əsas xəbər qaynaqları ilə əlaqə saxladı və maralların taleyi barədə qısa da olsa informasiya əldə etdik. Bizə verilən məlumata görə, Alimpaşa Məmmədovun maralları onun dədə-baba torpağı olan Salyana köçürülüb və qohumların nəzarəti altındadır.
Xatırladaq ki, hazırda həbsdə olan eks icra başçısının daha əvvəl bəzi əmlakı kimi maralların da müsadirə olunacağı deyilirdi. Hətta maralların Ekologiya və Təbii Sərvətlər Nazirliyinə veriləcəyi barədə proqnozlar vardı.
570 dəfə oxundu