Orta tutumlu avtobusların xidmətinə qadağa qoyuldu Bakıda

Orta tutumlu avtobusların xidmətinə qadağa qoyuldu

Mərkəzi küçələrdə orta tutumlu avtobusların xidmətinə qadağa qoyulub. Bakıda orta tutumlu avtobuslar şəhərin mərkəzi hissəsindən tamamilə yığışdırılır. “Bakı Sərnişindaşınma” MMC-dən ANS PRESS-ə verilən məlumata görə, orta tutumlu sərnişin avtobusları mərkəzi küçələrdə və metrostansiyalara yaxın ərazilərdə dayanmayacaq. Artıq dünən günorta saatlarından başlayaraq “İsuzu” markalı orta tutumlu sərnişin avtobusları “20 yanvar” metrosu yaxınlığına buraxılmırlar. Yalnız 2 qapılı iritutumlu avtobuslar mərkəzi küçlərdə hərəkət edəcək. Orta tutumlu avtobuslar yalnız kənar küçələrdə işçləyəcək. “Memar Əcəmi”, “Nəsimi”, “Azadlıq Prospekti” metroları yaxınlığında orta tutumlu avtobuslar xidmət göstərəcək.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1531 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...