Etiraz etdikləri məmurların adını maşınlara yazdılar - VİDEO

Etiraz etdikləri məmurların adını maşınlara yazdılar -

Xəbər verdiyimiz kimi, Bakıda 4 yük maşını Heydər Əliyev prospektində yolu bağlayıb.

“Qafqazinfo” xəbər verir ki, sürücülər gecədən etibarən maşınlarını yolda saxlayıblar. Onlar yük avtomobillərinin üzərinə nə məqsədlə etiraz etdiklərini də qeyd ediblər.

Belə ki, “R-Group” şirkətinin sürücüləri TIR-lardan birinin üzərinə bu sözləri yazıblar: “Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev! İcazə vərəqələrini verin.

Məhsullar xarab olmaq üzrədir. Müflis olmuşuq!”

Xatırladaq ki, səhər saatlarından bu səbəbdən Heydər Əliyev prospektində böyük tıxac yaranıb, bir neçə saat sonra yolu açmaq mümkün olub.


Etiraz etdikləri məmurların adını maşınlara yazdılar -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
909 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...