Ukraynada xüsusi əməliyyat - Şəhər meri və daha 3 nəfər saxlanıldı

Ukraynada xüsusi əməliyyat -


Bu gün Ukraynanın Xarkov vilayətində hərbçilərin xüsusi əməliyyatı keçirilib.

Xarkov vilayətinin Yujnı şəhərinin meri Aleksandr Bryuxanov və onun müavini, yerli polis şöbəsinin rəisi və ərazi inspektoru düşmənlə danışıqlara görə "dövlətə xəyanət” maddəsi ilə saxlanılıblar. Bu barədə Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

"Bu, hələ də müharibə apardığımızı anlamayan və düşmənlə danışıq aparmağa imkan verənlərin başa düşməsi üçündür! Torpağımızın bir santimetrini də düşmənə verməyəcəyik”, - deyə Sinequbov bildirib.**Qaynarinfo



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
911 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...