Qaz üçün ödənişlərin rubla köçürülməsi: Bu, Rusiyanın özünü məhv edə bilər (ŞƏRH)

Qaz üçün ödənişlərin rubla köçürülməsi:
"Belə bir avantürüst təklifə heç kim getməyəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında neft-qaz eksperti Zəfər Vəliyev Rusiyanın Avropaya qaz nəqli üçün ödənişlərin rubla köçürülməsi barədə qərarına münasibət bildirərkən deyib. Ekspert bildirib ki, bu təklif 90-cı illərdə irəli sürülüb:

Primakovla Geraşenkonun irəli sürdüyü, Yeltsinin qəbul etmədiyi təklif...

"Bu məsələ keçən əsrin 90-cı illərində Boris Yeltsinin prezidentliyi dövründə Yevgeni Primakov və Geraşenko tərəfindən irəli sürülüb. Onlar da Rusiya ixracının rublla həyata keçirilməsini təklif etmişdilər. Lakin Yeltsin buna razı olmamışdı. Beynəlxalq ticarətdə alqı-satqı müqaviləsinin 90 faizi dollarla həyata keçirilir. Dəyərdən düşmüş rublla isə heç kim alqı-satqı aparmayacaq. Rublla alqı-satqı fonunda alıcı şirkətlər Rusiya banklarından rubl almalıdır. Ona görə də belə bir avantürist təklifə heç kim getməyəcək”.

Ekspert bildirir ki, Rusiya bu ideyanı gündəmə atmaqla sadəcə öz banklarına tətbiq olunan sanksiyaların aradan qaldırılmasına çalışır:

"Amma buna da nail ola bilməyəcək. Rusiya öz ixrac imkanlarını qoruyub saxlamalıdır. Moskva birtərəfli qaydada Avropaya qaz ixracına qadağa qoysa, bu Rusiyanın özü üçün fəlakət olacaq. Belə olarsa, Rusiyanın qaz yataqlarının 90 faizi fəaliyyətini dayandırmalı olacaq. Keçən il "Qazprom” Avropaya 155 milyard kubmetr qaz ixrac edib. Bundan imtina fonunda isə Rusiyanın enerji sektoru daha ciddi fəlakətlə qarşı-qarşıya qalacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
924 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...