Rusiya sənayesinin çöküşü başlayır: AvtoVAZ yeni iş rejiminə keçdi

Rusiya sənayesinin çöküşü başlayır:
Rusiyanın ən böyük avtomobil istehsalçısı AvtoVAZ komponent çatışmazlığı fonunda, İjevsk və Tolyattidəki fabrikləri iyunun 6-dan üç ay müddətinə dörd günlük iş həftəsinə keçirmək qərarına gəlib.

Qaynarinfo bu haqda məlumatı rosbalt.ru-ya istinadla verir.

"Rusiya avtomobil bazarının proqnozu və elektron komponentlərin tədarükünün davam edən əhəmiyyətli çatışmazlığı ilə əlaqədar olaraq, AvtoVAZ ASC 2022-ci il iyunun 6-dan Tolyatti və İjevskdəki istehsal sahələrində 3 ay müddətinə 4 günlük iş həftəsi tətbiq edir", - məlumatda deyilir.

Eyni zamanda, şirkət əmin edib ki, "bəzi kritik əhəmiyyət kəsb edən idxal komponentlərinin alternativ həllərlə əvəzlənməsi üzrə aktiv iş aparılır”.

Onu da xatırladaq ki, bundan əvvəl AvtoVAZ-ın korporativ məzuniyyətini aprel ayına keçirdiyi və Lada-nın qiymətini yenidən qaldırdığı məlum olmuşdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2326 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...