Ukrayna Rusiyanın Avropadakı cəsus şəbəkəsini ifşa etdi: 620 agentin siyahısı açıqlandı

Ukrayna Rusiyanın Avropadakı cəsus şəbəkəsini ifşa etdi:

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Federasiyasının Avropada cinayətkar fəaliyyətlərdə iştirak edən Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) zabitlərinin siyahısını alıb.

Qaynarinfo xəbər verir ki, siyahıda 620 FTX zabitinin adı yer alıb.

Məlumatda cəsusun adı, iş yeri, qeydiyyat ünvanı, pasport məlumatları, avtomobillərin markaları, modelləri və nömrələri və s. yer alıb.

Casusların tam siyahısı Baş Kəşfiyyat İdarəsinin saytında - Gur.gov.ua-da yerləşdirilib.

Xatırladaq ki, bu yaxınlarda Ujqorodda hərbi əks-kəşfiyyat əməkdaşları Rusiya Federasiyası FSB agentinin rəhbərlik etdiyi Rusiya Diversiya və Kəşfiyyat Qrupunu saxlayıblar. Təxribat qrupu Ukrayna prezidentinə sui-qəsd təşkil etməyi, Kiyevdə və Ukraynanın digər vilayətlərində təxribat törətməyi planlaşdırırdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1142 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...