Ermənistan "Zəngəzur dəhlizi"nin inşası üçün pul tapa bilmir

Ermənistan "Zəngəzur dəhlizi"nin inşası üçün pul tapa bilmir

“Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun bərpası layihəsinin maliyyə mənbəyi hələ müəyyən edilməyib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”ın sorğusu əsasında Ermənistanın Ərazi İnkişafı və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Layihənin maliyyələşdirilməsi məsələsində qərarlılığın olub-olmaması ilə bağlı suala nazirlikdən xatırladıblar ki, Yerasx-Horadiz yolunun Ermənistan hissələrinin bərpası üzrə işlərin qiymətləndirilməsi ilə idarələrarası işçi qrupu məşğul olur. Ermənistan Milli Memarlıq və İnşaat Universitetinə tədqiqat işləri aparmaq tapşırılıb.
Xatırladaq ki, daha öncə həmin nazirlik sözügedən dəmir yolunun Ermənistan ərazisində bərpa olunmasına 226 milyon dollar tələb olunacağını açıqlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1634 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...