Zamin duran şəxs həbs oluna bilərmi? - ZAMİN DURANLARIN NƏZƏRİNƏ!
Banklardan və kredit təşkilatlarından kredit götürən və onlara zamin duran şəxslərin kredit borcuna görə problemlərlə qarşılaşması və buna görə məhkəmələrə cəlb edilməsi hallarına artıq tez-tez rastlaşılır. Mövzu ilə bağlı redaksiyamıza çoxsaylı müraciətlər də daxil olur. Müraciətlərdən birində qeyd edilir:
"Qohumuma bankdan kredit götürməsi üçün zamin durdum. Lakin o pulu ödəmir. Nə də mən pulu ödəmək gücündəyəm. Məhkəmə isə kredit götürən adamı deyil, məni həbs edəcəyini deyir"
Maraqlıdır ki, belə məqamda zamin yoxsa kredit götürən şəxs həbs olunur? Əgər kreditin ödənilməsi zaminin əmək haqqısına yönəldilirsə, onun əmək haqqısını verməmək hüququ varmı?
Mövzu ilə bağlı bankçılıq üzrə ekspert, hüquqşünas Əkrəm Həsənovla həmsöhbət olduq. Ekspert suallarımızı cavablandıraraq bildirib ki, bir qayda olaraq kredit götürən və ya zamin duran şəxsin pulu yoxdursa, onlar həbs oluna bilməz:
"Ümumiyyətlə kredit götürən və ya zamin duran şəxsin pulu yoxdursa, o həbs oluna bilməz. Xatırladım ki, ötən il Avropa məhkəməsində də bununla bağlı bir işi qazandım. Bunlar ayrı-ayrı işlər olub. İkisi kredit götürən şəxs, biri isə zamin idi. Onları Azərbaycan məhkəməsi həbs etmişdi. Avropa məhkəməsi isə bu qərarı qanunsuz hesab etdi. Çünki şəxsin pulu yoxdursa o pulu ödəmir. Bu baxımdan nə zamini, nə də kredit götürən şəxsi həbs edə bilməzlər.Amma hər ikisindən pulun ödənilməsini tələb edə bilərlər. Hər ikisinin əmlakı, işi və əmək haqqısı varsa ordan tuta bilərlər. Əgər bunu zamindən tutsalar, zamin də öz növbəsində sonradan kredit götürən şəxsdən pulu tələb edə bilər. Təbii ki kredit götürən şəxsin pulu olarsa...Ola bilsin ki, icra məmurları zamin duran şəxsi qorxudublar. Bu da icra məmurlarının özbaşınalığıdır. Zaminin əmək haqqısı varsa, 50 faizi tutula bilər. Biz də insanlar "zaminlik" sözünün mənasını bəzən başa düşmürlər. "Zaminlik" o deməkdir ki, kredit götürən şəxsin pulu yoxdursa, "mən ödəyəcəm" deməkdir".
Qeyd edək ki, kredit borcuna görə vətəndaşların həbs edilməsi həm konstitusiyaya, həm də Avropa İnsan Hüquqları Konvensiyasına ziddir. Hüquqşünaslar bu həbslərin "insanlarda xof yaratmaq üçün" edildiyini qeyd edirlər. Vətəndaşlar banklardan kredit götürəndə və yaxud zamin duranda çox vaxt kredit müqaviləsini oxumurlar və buna görə də kedit məsuliyyətini də kifayət qədər dərk etmirlər. Mütəxəssislər tövsiyə edir ki vətəndaş kredit müqaviləsini və yaxud zaminlik müqaviləsini mütləq oxusun, ətraflı tanış olsun və sonra imzalasınlar.
1242 dəfə oxundu