Zelenski xəbərdarlıq etdi: Dünyanın bu regionlarında ərzaq böhranı yaşanacaq

Zelenski xəbərdarlıq etdi:
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Qara dənizdə tətbiq etdiyi blokada səbəbindən və müharibənin davam etməsi ilə əlaqədar dünyanın bəzi regionlarında ərzaq böhranının yaşanacağı haqqında xəbərdarlıq edib.

Sfera.az xəbər verir ki, Avstraliyanın "60 dəqiqə” xəbər proqramına müsahibə verən Ukrayna prezidenti Avropa, Asiya və Afrika ölkələri üçün ərzaq böhranı riskinin yarandığını vurğulayıb.

Zelenski xatırladıb ki, Ukraynadan ixrac edilən kənd təsərrüfatı məhsullarının önəmli hissəsi Qara dəniz limanları vasitəsilə tədarük olunurdu. O bildirib ki, hazırda sözügedən limanlardan tədarükü həyata keçirmək Rusiyanın blokadası səbəbindən mümkün deyil.

Zelenski blokadanın yaxın region ölkələri üçün əsasən taxıl təchizatında problem yaradacağını söyləyib. O bu səbəbdən milyonlarla ton taxılın çatdırılmasının qeyri-mümkün olduğunu deyib.

Zelenski onu da bəyan edib ki, Rusiya Ukrayna iqtisadiyyatını tamamilə blokadaya almaq istəyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1626 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...