Rusiya donanmasını yenidən qruplaşdırır: “Admiral Makarov” kreyseri Qara dənizə girdi

Rusiya donanmasını yenidən qruplaşdırır:

Rusiya Federasiyasının Qara Dəniz Donanmasının yenidən qruplaşdırılması davam edir. Belə ki, Rusiyanın “Admiral Makarov” kreyseri Qara dənizə daxil olub.

Bu barədə Odessa Regional Hərbi Administrasiyasının nümayəndəsi Sergey Bratçuk özünün “Telegram” kanalında bildirib.

“Qara dənizdə düşmən müvafiq texnikanı, ilk növbədə hava hücumundan müdafiə vasitələrini cəlb edərək Zmeyinı adasında möhkəmlənməyə çalışır”, - deyə Bratçuk izah edib.

O, “Moskva” kreyserinin ekipajının “fləş-mob”una “Admiral Makarov”un da qoşulacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna ordusunun Zmeyinıda işğalçılara vurduğu zərərin peyk görüntüləri yayılmışdı.

Mənbə: Ukrinform



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1821 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...