Sədərək gömrüyündə insident - Qardaşla bacı həbs edildi

Sədərək gömrüyündə insident -

Mayın 21-də Azərbaycanın Türkiyə ilə quru sərhəddindəki Sədərək Gömrük Keçid Məntəqəsində insident olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şərur rayon sakini, 1983-cü il təvəllüdlü Ş.Abbasov həyat yoldaşı və bacısı ilə birlikdə Türkiyədən Naxçıvana qayıdarkən gömrükçülərlə dava edib.

Belə ki, Gömrük Keçid Məntəqəsinin əməkdaşları Ş.Abbasova qanunla icazə veriləndən artıq ərzaq məhsulları gətirdiklərini bildirərək həmin yükü buraxa bilməyəcəklərini deyiblər. Bundan sonra Ş.Abbasov və bacısı etiraz edib, gömrükçülərin onların çantalarını açmasına imkan verməyərək müqavimət göstəriblər. Sərhədçilərin müdaxiləsindən sonra hər iki şəxs xidməti otağa aparılıb.

Ş.Abbasov və bacısı barəsində İnzibati Xətalar Məcəlləsinin 535.2-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib. Saxlanılan bacı və qardaşı Sədərək Rayon Məhkəməsinə göndərilib. Rayon Məhkəməsinin qərarı ilə 39 yaşlı Ş. Abbasova 30, bacısına isə 25 sutka həbs cəzası verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1394 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...