"Taxıl müharibələri" başlayır: Bu ölkə Qara dənizə hərbi gəmi göndərir

"Taxıl müharibələri" başlayır:
Böyük Britaniyanın Ukrayna taxılının daşınması üçün Qara dənizə hərbi gəmi göndərməyi düşündüyü iddia olunub.

Hurriyyet.az xəbər verir ki, İngiltərə mətbuatında yer alan xəbərə görə, könüllü NATO ölkələrinin iştirakı ilə yaradılacaq donanma Bosfor boğazından keçərək Qara dənizə açılacaq və Ukraynanın Odessa limanının blokadasını yaracaq. Litvanın Xarici işlər naziri Qabrielus Landsberqis bu məsələni britaniyalı həmkarı Liz Truss ilə müzakirə etdiyini açıqlayıb.

Plana görə, gəmilər əvvəlcə bölgədəki Rusiya donanmasını çıxaracaq, daha sonra isə Qara dənizə səpələnmiş və yük gəmiləri üçün təhlükə yaradan minaları təmizləyəcək. Rusiyanın Odessa şəhərindən İstanbula qədər minasız zona yaradılacaq və yük gəmiləri bu xətlə dünyaya taxıl daşıyacaq.

Müharibə səbəbindən çörək böhranı yaşayan Misirin də əməliyyata hərbi töhfə verə biləcəyi bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1152 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...