Ərdoğan Bakıdan qayıdarkən mesaj vermişdi - Türkiyə üçün BÖYÜK TƏHLÜKƏ
Yunanıstandakı ABŞ hərbi bazalarının sayı 4 yenisi ilə 9-a yüksəlib. ABŞ 2021-ci ilin iyul ayında Dədədağac adasına 400 tank və zirehli texnika göndərib.
Gundeminfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Yunanıstan ötən il ABŞ-la imzaladığı Qarşılıqlı Müdafiə haqqında Əməkdaşlıq Sazişini dünən parlamentdə təsdiqlədikdən sonra tərəflər bu əsasda müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək və genişləndirmək qərarına gəliblər.
Razılaşma çərçivəsində Volosdakı Georqula kazarması, Litoxorudakı atış poliqonu, Dədəağacdakı Yannuli kazarması və Suda bazası ABŞ-ın istifadə edə biləcəyi ərazilər arasında yer alıb. Beləliklə, 1969-cu ildə 1-ci dərəcəli dəniz zabitinin komandanlığı ilə 16 nəfər hərbi qulluqçu üçün ABŞ-a açılan Kritdəki Suda bazasına 4 yeni baza əlavə edilib. ABŞ əvvəllər İskiri bazası, Salamis dəniz bazası, Kastelli, Kalamata və Andravidəki aviabazalardan istifadə edib.
Yeni razılaşmada bildirilib ki, tərəflər qarşılıqlı razılığa gələrsə və müvafiq daxili prosedurlar çərçivəsində ABŞ-ın Yunanıstan Silahlı Qüvvələrinin digər bölgələrdəki obyektlərindən yararlana bilməsi mümkündür. ABŞ-ın istifadəsinə açılan Volosdakı Georqula kazarması, Litoxorudakı atış poliqonu, Dədəağacdakı Yannuli kazarması və Suda bazasının adları da 2021-ci ilin oktyabrında yenilənən sazişdə qeyd olunub.
ABŞ-ın Dədəağacda qurduğu baza böyük bir cəbbəxanaya çevrilib. Pentaqon iyulda bura ən azı 400 tank və zirehli texnika göndərib. Baza Türkiyədən cəmi 45 km məsafədədir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıdan qayıdarkən ABŞ-ın Yunanıstandakı bazalarına bu sözlərlə diqqət çəkmişdi:
“Hazırda ABŞ-ın Yunanıstanda 9 bazası var. Bəs bu bazalar kimə qarşı qurulur, bu bazalar niyə oradadır? Dedikləri budur ki, Rusiyaya qarşıdır. Yalandır. Dürüst deyillər. Baş verənlər qarşısında onların Türkiyəyə münasibəti göz qabağındadır”.
4240 dəfə oxundu